Icma.az
close
up
RU
Sumqayıt və Sarayda 549 kirayə mənzil satışa çıxarılıb

Sumqayıt və Sarayda 549 kirayə mənzil satışa çıxarılıb

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5581 kirayə müqaviləsi bağlanılıb

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim edir. AYNA xəbər verir ki, bu barədə Fonddan bildirilib.

O cümlədən Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur ki, bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.

Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.

Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçim üçün 3 dekabr 2024-cü il tarixindən açıq olacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu və elektron sistem vasitəsilə mənzillərin seçilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi və rəsmi "YouTube" kanalı, həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5581 kirayə müqaviləsi bağlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Noyabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri