Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanıldı

15.10.2025

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, onlar mənzillərdən 13000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.

Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью