Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanıldı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, onlar mənzillərdən 13000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.
Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Dəstə üzvləri saxlanılıblar
29 Noyabr 2024 09:42
Dəstə üzvləri saxlanılıb
06 Avqust 2025 15:44
Polis əməliyyatl: qumar oyunları təşkil edən dəstə üzvləri saxlanıldı
11 Fevral 2025 18:07
Xaçmazda əməliyyat: cinayətkar dəstə üzvləri saxlanıldı Video
10 Mart 2025 11:53
Bakıda dolları saxtalaşdıran dəstə üzvləri saxlanıldı VİDEO
14 Mart 2025 17:16

