Sumqayıt VII turda Qəbələ yə qalib gəlib

10.10.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sumqayıt" Misli Premyer Liqasının VII turunda "Qəbələ"yə qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, meydan sahibləri "SOCAR Polymer Arena"da baş tutan görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib.

"Sumqayıt"dan Mamadi Banqre (6), İssa Suliman (9), Ronaldo Vaskez (29) və Lukas Blek (67), qonaqlardan isə Şahin Şahniyarov (25) fərqlənib.

Bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 5 xalla 8-ci, "Qəbələ" 4 xalla 10-cu pillədə qərarlaşıb.

Günün ilk matçında "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1.

Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью