Sumqayıt VII turda Qəbələ yə qalib gəlib
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Sumqayıt" Misli Premyer Liqasının VII turunda "Qəbələ"yə qalib gəlib.
"Cebheinfo.az" xəbər verir ki, meydan sahibləri "SOCAR Polymer Arena"da baş tutan görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib.
"Sumqayıt"dan Mamadi Banqre (6), İssa Suliman (9), Ronaldo Vaskez (29) və Lukas Blek (67), qonaqlardan isə Şahin Şahniyarov (25) fərqlənib.
Bu nəticədən sonra "Sumqayıt" turnir cədvəlində 5 xalla 8-ci, "Qəbələ" 4 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ilk matçında "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib - 1:1.
Xatırladaq ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:112
Bu xəbər 10 Oktyabr 2026 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















