Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, yanvarın 21-də saat 23:00-da Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub."Yaralılara bədənin və başın müxtəlif nahiyələrinin travmaları, qasıq sümüyünün sınığı, döş qəfəsinin əzilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.Vəziyyəti orta ağır qiymətləndirilən 2003-cü il təvəllüdlü pasiyentin müalicəsi reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən 1988-ci il və 2003-cü il təvəllüdlü şəxslərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
*** Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də gecə saatlarında şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Mehrab Niftəliyev küçəsində "Mercedes" markalı 99-MF-553 dövlət nömrə nişanlı avtomobillə KIA markalı, 77-MF-033 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım xidməti cəlb olunub.
Avtomobillərə ciddi ziyan dəyib. Oxunub 24 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.