Sumqayıtda ağır yol nəqliyyat hadisəsi FOTO VİDEO
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, yanvarın 21-də saat 23:00-da Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üç nəfər (kişi) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Yaralılara bədənin və başın müxtəlif nahiyələrinin travmaları, qasıq sümüyünün sınığı, döş qəfəsinin əzilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 2003-cü il təvəllüdlü pasiyentin müalicəsi reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən 1988-ci il və 2003-cü il təvəllüdlü şəxslərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
***
Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 21-də gecə saatlarında şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Mehrab Niftəliyev küçəsində "Mercedes" markalı 99-MF-553 dövlət nömrə nişanlı avtomobillə KIA markalı, 77-MF-033 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım xidməti cəlb olunub.
Avtomobillərə ciddi ziyan dəyib.
Oxunub 24
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 22 Yanvar 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















