Sumqayıtda damda təmir aparan şəxs xəsarət aldı VİDEO

18.10.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıt şəhərində tikilinin damında təmir işləri aparan şəxs xəsarət alaraq köməksiz vəziyyətdə qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlu tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər vətəndaşa yerində ilkin yardım göstərdikdən sonra onu xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью