Sumqayıtda damda təmir aparan şəxs xəsarət aldı VİDEO
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sumqayıt şəhərində tikilinin damında təmir işləri aparan şəxs xəsarət alaraq köməksiz vəziyyətdə qalıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. Bununla bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Müəyyən olunub ki, 1985-ci il təvəllüdlü Məmmədov Məhəbbət İldırım oğlu tikilinin damında təmir işləri apararkən müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər vətəndaşa yerində ilkin yardım göstərdikdən sonra onu xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 Oktyabr 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















