Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıt şəhərində evlərdən silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub.
Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.Araşdırmalar davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.