Sumqayıtda evlərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıt şəhərində evlərdən silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.
Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.
Araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 05 Aprel 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















