Sumqayıtda kişi küçədə öldürüldü Kürəkəni saxlanıldı | Icma.az
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.
Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.
Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş.
N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu