Sumqayıtda kişi küçədə öldürüldü Kürəkəni saxlanıldı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.
Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.
Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.

Ürək əməliyyatı keçirmiş kişi öldürüldü Kürəkəni saxlanıldı
27 Sentyabr 2025 15:48
Sumqayıtda qadın küçədə öldürüldü: Əri saxlanıldı VİDEO
02 İyul 2025 12:43
Qadın boğazı kəsilərək öldürüldü: oğlu və kürəkəni saxlanıldı
07 Dekabr 2024 10:31
Qadın boğazı kəsilərək öldürüldü: Oğlu və kürəkəni...
07 Dekabr 2024 10:46

