Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib.
İki gün sonra müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.