Sumqayıtda turşudan zəhərlənən qadın xəstəxanada ÖLDÜ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

