Sumqayıtda yolnəqliyyat hadisəsi olub, ölən var

04.12.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.

Belə ki, sürücü Anar Əlirza oğlu Pənahov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью