Sumqayıtda yolnəqliyyat hadisəsi olub, ölən var
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin 19-cu məhəlləsində qeydə alınıb.
Belə ki, sürücü Anar Əlirza oğlu Pənahov idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

