Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Sumqayıt şəhərində taksi sürücüləri arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzinin ərazisində yerləşən avtomobil duracağında baş verib.
Orada taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Bəhlul digər taksi sürücüsü Əhməd (adlar şərtidir – red.) ilə mübahisə edib. Yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Bəhlul Əhmədi vuraraq ona xəsarətlər yetirib.
İş üzrə ifadə verən Bəhlulun sözlərinə görə, Əhmədi “Karvan” Ticarət Mərkəzinin ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu üçün əvvəldən tanıyıb:
“Məlum hadisə günü biz yenidən müştəri götürmək məqsədlə orada dayanmışdıq. Bir qədər söhbətləşdikdən sonra aramızda mübahisə başladı. Biz bir-birimizə qarşı xoşagəlməz və qeyri-etik zarafatlar etdik. Nəticədə aramızda münaqişə yarandı. Bu münaqişə nəticəsində onun boğaz nahiyəsinə əl ilə vuraraq zərbə endirdim. Daha sonra oradan uzaqlaşdım”.
Zərərçəkmiş Əhməd izahatında bildirib ki, Bəhlulu işi ilə əlaqədar olaraq tanıyıb: “Bu tanışlığın əsas mənbəyi bizim “Karvan” Ticarət Mərkəzinin ərazisində yerləşən dayanacaqda taksi fəaliyyəti ilə məşğul olduğumuz zaman bir-birimizi tanımağımız olub. Məlum hadisə günü, saat 12 radələrində yenə bu fəaliyyət məqsədilə həmin ərazidə dayanmışdıq. Bizim yaxın tanışlığımız olmasa da, fəaliyyətlərimiz ilə bağlı bir-birimizi tanımışıq və söhbət etmişik. Həmin ərazidə olan zaman söhbətləşərək, zarafatlaşmağa başladıq. Bu zaman birdən Bəhlul mənimlə qeyri-etik zarafat etdi və mən də qarşılıq verdim. İlk başda Bəhlul buna reaksiya bildirmədi. Lakin sonradan mənimlə mübahisə etməyə başladı”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra onların mübahisəsi daha da alovlanıb və Bəhlul onun üzərinə doğru gəlməyə başlayıb:
“Bu zaman özümü müdafiə məqsədilə Bəhlulu özümdən aralı saxlamağa çalışsam da, mənim boğaz nahiyəmə yumruqla zərbə vurdu. Sonra isə getdi. Baş vermiş hadisəni şifahi qaydada aidiyyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə yaxınlaşaraq izah etdim. Vermiş olduğum məlumat əsasında protokol tərtib edildi”.
Sumqayıt Şəhər Məhkəməsində aparılan araşdırma zamanı onların arasında barışıq olması müəyyən edilib. Bu səbəbdən də Əhməd təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bəhlulun barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzinin ərazisində yerləşən avtomobil duracağında baş verib.