Icma.az
close
up
RU
Sumqayıtda zarafat davaya, dava cinayətə çevrildi

Sumqayıtda zarafat davaya, dava cinayətə çevrildi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Sumqayıt şəhərində taksi sürücüləri arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən “Karvan” Ticarət Mərkəzinin ərazisində yerləşən avtomobil duracağında baş verib. 
Orada taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Bəhlul digər taksi sürücüsü Əhməd (adlar şərtidir – red.) ilə mübahisə edib. Yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Bəhlul Əhmədi vuraraq ona xəsarətlər yetirib. 
İş üzrə ifadə verən Bəhlulun sözlərinə görə, Əhmədi “Karvan” Ticarət Mərkəzinin ərazisində taksi fəaliyyəti ilə məşğul olduğu üçün əvvəldən tanıyıb:
“Məlum hadisə günü biz yenidən müştəri götürmək məqsədlə orada dayanmışdıq. Bir qədər söhbətləşdikdən sonra aramızda mübahisə başladı. Biz bir-birimizə qarşı xoşagəlməz və qeyri-etik zarafatlar etdik. Nəticədə aramızda münaqişə yarandı. Bu münaqişə nəticəsində onun boğaz nahiyəsinə əl ilə vuraraq zərbə endirdim. Daha sonra oradan uzaqlaşdım”. 
Zərərçəkmiş Əhməd izahatında bildirib ki, Bəhlulu işi ilə əlaqədar olaraq tanıyıb: “Bu tanışlığın əsas mənbəyi bizim “Karvan” Ticarət Mərkəzinin ərazisində yerləşən dayanacaqda taksi fəaliyyəti ilə məşğul olduğumuz zaman bir-birimizi tanımağımız olub. Məlum hadisə günü, saat 12 radələrində yenə bu fəaliyyət məqsədilə həmin ərazidə dayanmışdıq. Bizim yaxın tanışlığımız olmasa da, fəaliyyətlərimiz ilə bağlı bir-birimizi tanımışıq və söhbət etmişik. Həmin ərazidə olan zaman söhbətləşərək, zarafatlaşmağa başladıq. Bu zaman birdən Bəhlul mənimlə qeyri-etik zarafat etdi və mən də qarşılıq verdim. İlk başda Bəhlul buna reaksiya bildirmədi. Lakin sonradan mənimlə mübahisə etməyə başladı”. 
Zərərçəkmiş qeyd edib ki, daha sonra onların mübahisəsi daha da alovlanıb və Bəhlul onun üzərinə doğru gəlməyə başlayıb:
“Bu zaman  özümü müdafiə məqsədilə Bəhlulu özümdən aralı saxlamağa çalışsam da, mənim boğaz nahiyəmə yumruqla zərbə vurdu. Sonra isə getdi. Baş vermiş hadisəni şifahi qaydada aidiyyyəti üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə yaxınlaşaraq izah etdim. Vermiş olduğum məlumat əsasında protokol tərtib edildi”. 
Sumqayıt Şəhər Məhkəməsində aparılan araşdırma zamanı onların arasında barışıq olması müəyyən edilib. Bu səbəbdən də Əhməd təqsirləndirilən şəxsi bağışlayıb, ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Bəhlulun barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see260

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see252

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see231

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see227

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see225

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see221

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see217

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see217

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see215

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see203

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see195

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see193

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see188

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see182

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see179

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see177

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see171

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see167

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see160

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri