“Sumqayıt”ın basketbolçusu: Ən əsası müdafiədə etibarlı oynamalıyıq | Icma.az
Icma.az, Idman.biz saytına istinadən bildirir. “Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandasının şanslarından danışıb.
Əliyev əvvəlcə “Sumayıt”ın çıxışını dəyərləndirib: "Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq.
Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik”.
Vaxtilə “Sərhədçi”də oynayan İsmayıl sabiq komandasını təhlil edib: “Bir vaxtlar “Sərhəçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır.
Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyunlar gözləyir.
“Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq.
Tam oxu
Xəbəri oxu