“Sumqayıt”ın basketbolçusu: Ən əsası müdafiədə etibarlı oynamalıyıq
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Ötən mövsümlə müqayisədə bu il çox yaxşı çıxış edirik”.
İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, “Sərhədçi” ilə pley-in mərhələsindəki oyunlar ərəfəsində komandasının şanslarından danışıb. Əliyev əvvəlcə “Sumayıt”ın çıxışını dəyərləndirib: "Fikrimcə, növbəti mövsüm daha xoş təsir bağışlayacağıq. Hamımız üzərimizə düşən vəzifəni yerinə yetiririk. Məncə, pley-ində də belə uğurlu çıxış edəcəyik”.
Vaxtilə “Sərhədçi”də oynayan İsmayıl sabiq komandasını təhlil edib: “Bir vaxtlar “Sərhəçi”nin üzvü olmuşam. Onlar çox yaxşı komandadır. Rəqibi qətiyyən zəif adlandırmaq olmaz. Pley-ində bizi çətin oyunlar gözləyir. “Sərhədçi”ni mübarizədən kənarlaşdırmaq üçün vahid komanda olmalıyıq. Ən əsası müdafiədə etibarlı oynamalıyıq. Mümkün qədər onların məhsuldarlığını aşağı salmalıyıq. Məqsəd pley-offa vəsiqə qazanmaqdır”.
Əliyev klubun azarkeşlərinə də çağırış edib: “Cümə günü azarkeşlərimizi Sumqayıt Olimpiya İdman Kompkeksində gözləyirik. Onlar mövsüm boyunca bizə dəstək veriblər. İstərdim ki, pley-in mərhələsində də yanımızda olsunlar. Azarkeşlərimizin dəstəyi ilə “Sərhədçi”ni məğlub etmək istəyirik”.
Qeyd edək ki, “Sumqayıt” – “Sərhədçi” matçı aprelin 11-də keçiriləcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 09 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















