Süni intellekt: 2000 illik qorxunc sirlər açılır FOTO | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Elm adamları süni intellekt vasitəsi ilə 2000 il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşmiş qədim papirus mətnlərini oxumağa çalışırlar.
"Cebheinfo.az" xəbər verir ki, 1750-ci illərdə arxeoloqlar tərəfindən aşkar edilən qədim papirus mətnləri İtaliyanın Herkulanum (Herculaneum) şəhərində, dəbdəbəli bir villanın xarabalıqları arasında tapılıb.
Bu şəhər, qonşu Pompeylə birlikdə, eramızın 79-cu ilində baş verən vulkan püskürməsi nəticəsində məhv olmuşdu.
Herkulanumun villalarından birində yerləşən qədim kitabxana, “Papiruslar villası” insanlığın keçmiş düşüncə tərzini anlamaqda əvəzsiz rol oynaya bilər.
Hazırda qədim papirus mətnlərinin oxumasında bir problem var.
Belə ki, bu papiruslar şokolad batonuna bənzəyən kiçik, bükülmüş rulonlardır və onları açmaq mümkün deyil.
Vezuvi vulkanının külü onları mühafizə etsə də, onları açmağa çalışdıqda parçalanırlar.
Tam oxu
Xəbəri oxu