Icma.az
close
up
RU
Süni intellekt: 2000 illik qorxunc sirlər açılır FOTO

Süni intellekt: 2000 illik qorxunc sirlər açılır FOTO

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm adamları süni intellekt vasitəsi ilə 2000 il əvvəl Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşmiş qədim papirus mətnlərini oxumağa çalışırlar.

"Cebheinfo.az" xəbər verir ki, 1750-ci illərdə arxeoloqlar tərəfindən aşkar edilən qədim papirus mətnləri İtaliyanın Herkulanum (Herculaneum) şəhərində, dəbdəbəli bir villanın xarabalıqları arasında tapılıb.

Bu şəhər, qonşu Pompeylə birlikdə, eramızın 79-cu ilində baş verən vulkan püskürməsi nəticəsində məhv olmuşdu.

Herkulanumun villalarından birində yerləşən qədim kitabxana, “Papiruslar villası” insanlığın keçmiş düşüncə tərzini anlamaqda əvəzsiz rol oynaya bilər.

Hazırda qədim papirus mətnlərinin oxumasında bir problem var. Belə ki, bu papiruslar şokolad batonuna bənzəyən kiçik, bükülmüş rulonlardır və onları açmaq mümkün deyil.

Vezuvi vulkanının külü onları mühafizə etsə də, onları açmağa çalışdıqda parçalanırlar. Son 250 ildə elm adamları bu papirusları oxumağın yollarını tapmağa çalışıblar.

Əsasən Neapol Milli Kitabxanasında saxlanılan yüzlərlə papirusun məzmununu açmaq üçün 2023-cü ildə “Vesuvius Challenge” adlı yarış təşkil edilib.

Bu müsabiqəyə texnologiya şirkətlərinin rəhbərləri sponsorluq edib və məqsəd süni intellekt, kompüter qrafikası vasitəsilə papirusları oxumaq olub.

Bu həftə isə tədqiqatçılar “tarixi irəliləyiş” əldə edildiyini bildiriblər. 

Oksford Universitetinin Bödliyan Kitabxanasında saxlanılan üç papirusdan birinin ilk dəfə daxildən görüntüləndiyi açıqlanıb.

Kentukki Universitetindən kompüter elmləri mütəxəssisi və “Vesuvius Challenge” layihəsinin həmtəsisçisi Brent Silsin sözlərinə görə, tədqiqatçılar əldə edilən nəticələrdən çox həyəcanlıdırlar. 

O bildirir ki, bu skan edilmiş papirus indiyə qədər oxuna bilən ən böyük mətn hissələrini ehtiva edir.

Papirus “Diamond Light Source” adlı bir laboratoriyada, Harvell şəhərindəki hissəcik sürətləndirici (sinqrotron) vasitəsilə rentgen şüaları ilə skan edilib.

Süni intellekt isə bu görüntüləri analiz edərək mətnin yerləşdiyi yerləri tapıb, onların oxunaqlığını artırıb. Bu üsul sayəsində papirusun üçölçülü modeli yaradılıb və mütəxəssislər onu virtual şəkildə açmağa nail olublar.

Ancaq süni intellekt hələlik məhdudiyyətlərə malikdir. Oxunan hissələr hələlik çox azdır. Tədqiqatçılar mətnin içində “ikrah” mənasını verən qədim yunan sözünü tapıblar.

Araşdırmaçılar bütün mətnin oxunmasını təmin etmək üçün daha çox mütəxəssisin bu layihəyə qoşulmasını istəyirlər.

Bodliyan Muzeyinin yunan kolleksiyalarının kuratoru Peter Tot bu işin hələ uzun bir yolun başlanğıcı olduğunu qeyd edib. 

O bildirib ki, daha yaxşı görüntülərə ehtiyac var, lakin elm adamları inamla daha da irəliləyəcəklərinə əmindirlər.

Tot ümid edir ki, bu texnologiya daha da inkişaf etdirilərsə, papirusları fiziki olaraq bir yerdən başqa yerə daşımağa ehtiyac qalmayacaq. 

Onun sözlərinə görə, Neapol Milli Kitabxanasında daha 1000-ə yaxın oxunmamış papirus var.

Beləliklə, süni intellekt və insan biliyinin gücü sayəsində, Vezuvi vulkanının altından qalan qədim dünyaya işıq salınır.

Səbinə Uğur
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Fevral 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri