Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ-nin "Amazon" korporasiyası süni intellektdən istifadənin artması fonunda istehsalın optimallaşdırılması məqsədilə 16 min əməkdaşını işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi şirkət rəhbərliyinə istinadən xəbər verir.
"Biz idarəetmə səviyyələrinin sayını azaltmaq, məsuliyyəti artırmaq və bürokratiyanı aradan qaldırmaqla təşkilati strukturu gücləndirmək üzərində işləyirik", - deyə "Amazon"un personal və texnologiyalar üzrə baş vitse-prezidenti Bet Qaletti bildirib.
Onun sözlərinə görə, korporasiya ABŞ-də çalışan işçilərə yeni iş tapmaları üçün 90 gün vaxt verəcək, həmçinin işdən çıxma müavinəti ödəyəcək və keçid dövründə digər dəstək tədbirləri göstərəcək.