Süni intellekt Amazon da xeyli sayda əməkdaşın işdən çıxarılmasına səbəb oldu
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ-nin "Amazon" korporasiyası süni intellektdən istifadənin artması fonunda istehsalın optimallaşdırılması məqsədilə 16 min əməkdaşını işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Oxu.Az bildirir ki, bu barədə "Bloomberg" agentliyi şirkət rəhbərliyinə istinadən xəbər verir.
"Biz idarəetmə səviyyələrinin sayını azaltmaq, məsuliyyəti artırmaq və bürokratiyanı aradan qaldırmaqla təşkilati strukturu gücləndirmək üzərində işləyirik", - deyə "Amazon"un personal və texnologiyalar üzrə baş vitse-prezidenti Bet Qaletti bildirib.
Onun sözlərinə görə, korporasiya ABŞ-də çalışan işçilərə yeni iş tapmaları üçün 90 gün vaxt verəcək, həmçinin işdən çıxma müavinəti ödəyəcək və keçid dövründə digər dəstək tədbirləri göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Yanvar 2026 04:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















