Süni intellekt cavab verdi: Dünya 75 ildən sonra necə olacaq? | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi qarşısı alınmazsa, fəlakətin miqyası olduqca böyük olacaq.
Onların sözlərinə görə, istixana qazları Yer kürəsini yorğan kimi örtərək istiliyi saxlayır və 2100-cü ildə quraqlıqdan təsirlənən insanların sayı 5 milyarda çata bilər.
Qaynarinfo xəbər verir ki, "Google"un təsvir yaradan süni intellekti "ImageFX" dünyanın bəzi şəhərlərinin 2100-cü ildə necə görünəcəyini proqnozlaşdırıb.
Alimlərdən ciddi xəbərdarlıq Film dünyasında gələcəyə dair qorxulu proqnozlar illərdir müxtəlif filmlərlə nümayiş etdirilir.
Ancaq alimlər bildirir ki, dünyanın gələcəyi ekranlarda göstəriləndən daha da qorxulu ola bilər.
"Mail Online"ın məlumatına görə, alimlər istixana qazlarının səviyyəsi artmaqda davam edərsə, bir çox şəhərin su altında qalacağını və temperatur yüksəlişlərinin milyonlarla insanın ölümünə səbəb ola biləcəyini bildiriblər.
Londondakı University College universitetinin iqlim elmləri professoru Culien Stroev bildirib: "Bizə ən böyük təsirlər dəniz səviyyəsinin qalxması və hava şəraitindəki həddindən artıq dəyişikliklər olacaq.
Tam oxu
Xəbəri oxu