Icma.az
close
up
RU
Süni intellekt cavab verdi: Dünya 75 ildən sonra necə olacaq?

Süni intellekt cavab verdi: Dünya 75 ildən sonra necə olacaq?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi qarşısı alınmazsa, fəlakətin miqyası olduqca böyük olacaq. Onların sözlərinə görə, istixana qazları Yer kürəsini yorğan kimi örtərək istiliyi saxlayır və 2100-cü ildə quraqlıqdan təsirlənən insanların sayı 5 milyarda çata bilər.

Qaynarinfo xəbər verir ki, "Google"un təsvir yaradan süni intellekti "ImageFX" dünyanın bəzi şəhərlərinin 2100-cü ildə necə görünəcəyini proqnozlaşdırıb.

Alimlərdən ciddi xəbərdarlıq

Film dünyasında gələcəyə dair qorxulu proqnozlar illərdir müxtəlif filmlərlə nümayiş etdirilir. Ancaq alimlər bildirir ki, dünyanın gələcəyi ekranlarda göstəriləndən daha da qorxulu ola bilər.

"Mail Online"ın məlumatına görə, alimlər istixana qazlarının səviyyəsi artmaqda davam edərsə, bir çox şəhərin su altında qalacağını və temperatur yüksəlişlərinin milyonlarla insanın ölümünə səbəb ola biləcəyini bildiriblər.

Londondakı University College universitetinin iqlim elmləri professoru Culien Stroev bildirib: "Bizə ən böyük təsirlər dəniz səviyyəsinin qalxması və hava şəraitindəki həddindən artıq dəyişikliklər olacaq. Əgər istixana qazlarının emissiyasını azaltmaq üçün tədbir görməsək, bu təsirlər yüz il ərzində artmaqda davam edəcək".


İstixana qazları Yer kürəsini isitməkdə davam edir

Alimlər insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyinin qlobal istiləşməyə yol açdığını bildirirlər. Atmosferdə toplanan karbon qazı və metan kimi istixana qazları günəşdən gələn istiliyi saxlayaraq dünyanın getdikcə daha çox isinməsinə səbəb olur.

"Copernicus" İqlim Dəyişikliyi Xidməti 2024-cü ilin indiyə qədər qeydə alınan ən isti il olduğunu və orta səth temperaturunun 15,1 dərəcəyə çatdığını təsdiqləyib. Bu il eyni zamanda sənaye dövründən əvvəlki ortalama temperaturdan 1,5 dərəcə yüksək olması ilə diqqət çəkir.

Hökumətlərarası İqlim Dəyişikliyi Paneli (IPCC) üç fərqli ssenari əsasında gələcək iqlim dəyişikliklərini proqnozlaşdırıb:

Ən nikbin ssenari - Karbon qazı emissiyası 2050-ci ilə qədər sıfıra enəcək və qlobal istiləşmənin qarşısı alınacaq.

Orta səviyyəli ssenari - Emissiyalar 2100-cü ilə qədər sıfır səviyyəsinə düşməzdən əvvəl yüzilliyin ortalarına qədər eyni səviyyədə qalacaq. 2100-cü ildə qlobal istilik sənaye dövründən əvvəlki orta temperaturdan 2,7 dərəcə yüksək olacaq.

Ən pessimist ssenari - Emissiyalar azaldılmayacaq və 2100-cü ilə qədər temperatur sənaye dövründən əvvəlki səviyyədən 4,4 dərəcə daha yüksək olacaq.

Bütün ssenarilərin ağır nəticələri olacağı və quraqlığın geniş yayılacağı qeyd olunub.


Dənizlər yüksəlir, buzlaqlar əriyir

Alimlər 1980-ci illərdən bəri okean temperaturunun hər on ildə təxminən 0,06 dərəcə artdığını qeyd edirlər. Ancaq son araşdırmalar göstərir ki, bu artım sürətlənib və indi hər on ildə 0,27 dərəcə yüksəlir.

Ridinq Universitetinin alimləri bildirirlər ki, Şimal Buzlu Okeanındakı buzlaqlar 2100-cü ilə qədər tamamilə əriyə bilər. Professor Stroev bildirib: 

"İstiliyin artması Şimal Qütbünü daha sürətlə əridəcək, Qrenlandiyadakı buzlaqların da əriməsinə, dəniz səviyyəsinin sürətlə qalxmasına və dərin okean cərəyanlarının pozulmasına səbəb olacaq".

Alimlərin proqnozlarına görə, 2100-cü ilə qədər dünyadakı buzlaqların yarıdan çoxu yox olacaq və yüksək emissiya ssenarisində Avropa Alplərindəki buzlaqların 75%-i əriyəcək.

"Google"ın süni intellekti "ImageFX" bu elmi araşdırmalar əsasında 2100-cü ildə dünyanın bəzi şəhərlərinin necə görünəcəyini modelləşdirib.


2100-cü ildə şəhərlərin görünüşü necə olacaq?

Bangkok, Tayland - Təxminən 9 milyon insanın yaşadığı bu şəhər dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üz-üzədir. Şəhərdə yollar yüksəldilib, göydələnlər isə vertikal meşələrə çevrilib.

Nyu Orleans, ABŞ - Şəhərin bir hissəsi su altında qalıb və nəqliyyat üçün körpülər tikilib. İnsanlar avtomobil əvəzinə qayıqlardan istifadə edir.

Hall Siti, Böyük Britaniya - Şəhərin 90%-i su altında qalıb. Yeni həyat tərzi üçün şüşə pəncərələrə sahib üzən kapsul evlər tikilib.

Ho Çi Min, Vyetnam - Şəhər futuristik görünüş alıb. Tarixi ibadət yerlərinin yanında yüksəldilmiş magistral yollar inşa edilib, nəqliyyatda su taksiləri və uçan nəqliyyat vasitələri istifadə olunur.


Hamburq, Almaniya - Şəhər su altında qalaraq Avropanın ikinci ən böyük liman şəhərinə çevrilib, lakin daşqın və fırtınalara qarşı həssas vəziyyətdədir.

Qold Koast, Avstraliya - Məşhur çimərliklər yox olaraq şəhər turizm cazibəsini itirib.

Paris, Fransa - Su qıtlığı problemi yaranıb, Sen çayı demək olar ki, tamamilə quruyub.


Bu proqnozlar göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə aparılmazsa, gələcəkdə dünya daha dramatik ekoloji dəyişikliklərə məruz qalacaq. Alimlər isə hələ də emissiyaları azaltmaq və gələcək fəlakətlərin qarşısını almaq üçün tədbir görməyin vacibliyini vurğulayırlar.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Fevral 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri