Süni intellekt informasiya dünyasını dəyişir: Hər gördüyünüzə inanmayın! | Icma.az
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Süni intellektin və dərin saxta (“deepfake”) texnologiyalarının sürətli inkişafı informasiya dövrünün etibarını sarsıdır.
Artıq cəmiyyət yalnız doğru informasiya ilə deyil, həqiqətə bənzəyən, lakin saxta görüntü və səslərlə də qarşı-qarşıyadır.
Tanınmış simaların, o cümlədən jurnalistlərin səsini və üzünü təqlid edən videolar sosial şəbəkələrdə ildırım sürətilə yayılır və bu, cəmiyyətdə çaşqınlıq və inamsızlıq yaradır.
Medianın əsas vəzifəsi olan “etibarlı informasiya” anlayışı isə bu texnoloji çağırış qarşısında getdikcə zəifləyir.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən süni intellekt mütəxəssisi Ümid Salay ciddi xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu gün vizual informasiya artıq əvvəlki kimi “dəqiq və mübahisəsiz fakt” hesab oluna bilməz: “Bir dövr var idi ki, "kamera yalan danışmaz" deyirdik, artıq bu inanc çökmək üzrədir”, – deyə o bildirib.
Ü. Salayın fikrincə, süni intellektin yaratdığı saxta videolar təkcə yalan informasiya deyil, həm də süni emosional reallıq formalaşdırır: “
Tam oxu
Xəbəri oxu