Icma.az
close
up
RU
Süni intellekt informasiya dünyasını dəyişir: Hər gördüyünüzə inanmayın!

Süni intellekt informasiya dünyasını dəyişir: Hər gördüyünüzə inanmayın!

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellektin və dərin saxta (“deepfake”) texnologiyalarının sürətli inkişafı informasiya dövrünün etibarını sarsıdır. Artıq cəmiyyət yalnız doğru informasiya ilə deyil, həqiqətə bənzəyən, lakin saxta görüntü və səslərlə də qarşı-qarşıyadır. Tanınmış simaların, o cümlədən jurnalistlərin səsini və üzünü təqlid edən videolar sosial şəbəkələrdə ildırım sürətilə yayılır və bu, cəmiyyətdə çaşqınlıq və inamsızlıq yaradır. Medianın əsas vəzifəsi olan “etibarlı informasiya” anlayışı isə bu texnoloji çağırış qarşısında getdikcə zəifləyir.

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən süni intellekt mütəxəssisi Ümid Salay ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, bu gün vizual informasiya artıq əvvəlki kimi “dəqiq və mübahisəsiz fakt” hesab oluna bilməz:


“Bir dövr var idi ki, "kamera yalan danışmaz" deyirdik, artıq bu inanc çökmək üzrədir”, – deyə o bildirib.

Ü. Salayın fikrincə, süni intellektin yaratdığı saxta videolar təkcə yalan informasiya deyil, həm də süni emosional reallıq formalaşdırır:


“Vizual baxımdan mükəmməl, emosional baxımdan manipulyativ bu görüntülər heç vaxt yaşanmamış hadisəni yaşanmış kimi təqdim etdi. Burada məsələ sadəcə saxta xəbərdə deyil, saxta təcrübədədir. İnsanlar bir hadisəni yaşamadıqları halda, onun yaratdığı emosiyanı real şəkildə yaşadılar. Və bu, artıq sadəcə informasiya problemi deyil — bu, emosional reallığın saxtalaşdırılmasıdır”.

Ü. Salayın sözlərinə görə, bu vəziyyəti cəmiyyətin informasiya qarşısında getdikcə daha müdafiəsiz hala gəlməsinə səbəb olur. O qeyd etdi ki, xüsusilə də dərin saxta texnologiyalarının ictimai fiqurlar, siyasətçilər və jurnalistlər üzərindən istifadəsi ictimai rəyi yönləndirmək üçün təhlükəli alətə çevrilir. Ü.Salaya görə, bu vəziyyət jurnalistikanın fundamental funksiyalarını yenidən düşünməyi tələb edir:

“Medianın etibarlılığı, jurnalistikanın rolu və ictimai inam sarsılır. Jurnalistika artıq yalnız xəbər verən peşə deyil. Yeni dövrdə onun əsas funksiyası informasiya süzgəcindən keçirmək, yoxlamaq və kontekstuallaşdırmaqdır”.

Mütəxəssisin fikrincə, jurnalistlər yeni çağırışlara yalnız texnologiya ilə deyil, həm də tənqidi düşüncə və etik dəyərlərlə cavab verməlidirlər. O hesab edir ki, media qurumları süni intellektin yaydığı saxta məzmunları ifşa edə biləcək alqoritmlərdən və süni intellekt texnologiyalarından istifadə etməlidirlər.


“Media artıq sadəcə "ilk xəbər verən" yox, ən etibarlı informasiya mənbəyi olmalıdır. Bu isə yeni texnoloji metodlardan, saxta məzmunu aşkar edən alqoritmlərdən və ən əsası – maarifləndirilmiş auditoriyadan keçəcək”, – deyə mütəxəssis vurğulayıb.

Gələcəkdə süni intellektin peşələri əvəz etmə ehtimalına da toxunan mütəxəssis bildirib ki, bəzi sahələr, xüsusilə də jurnalistikanın texniki yönləri süni intellekt tərəfindən yerinə yetirilə bilər.


“Mətni yazmaq, videonu montaj etmək, hətta xəbər ssenarisi hazırlamaq – bunlar artıq AI-nin öhdəsindən gəldiyi işlərdir. Amma süni intellekt hələ vicdanı, məsuliyyəti və kontekst duyğusunu əvəz edə bilmir. Məhz bu fərq bizi insan edən, jurnalistikanı isə hələ də əvəzolunmaz edən amillərdir”, – deyə o bildirib.

Ü.Salay onu da qeyd etdi ki, gələcəkdə texnologiyanı başa düşmək qədər, ona tənqidi yanaşmaq da əsas bacarıqlardan biri olacaq:


“Süni intellektin imkanlarını öyrənmək qədər, onun risklərini tanımaq və idarə etmək də gələcəyin əsas bacarığına çevriləcək. Bu, yalnız texniki bilik deyil — etik dəyərlər, tənqidi düşüncə və informasiya ilə məsuliyyətli davranış tələb edən kompleks bir qabiliyyətdir.
Texnologiyanın irəliləyişinə heyran olmaq olar, amma onu sorğu-sualsız izləmək təhlükəlidir”.


Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 İyun 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri