Süni intellekt istifadəçilərinə elə gəlir ki, yeni Amerika kəşf ediblər ARAŞDIRMA | Icma.a…
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Süni intellekt son zamanlar həm dünyada, həm də ölkəmizdə müzakirə olunmağa başlayıb.
Süni intellekt; insan davranışları, rəqəmsal məntiq, hərəkət, nitq və səs qavrayışı kimi bir çox qabiliyyətə sahib bir proqram və aparat sistemidir.
Süni intellektin bir çox sahəni ələ keçirdiyinin şahidi oluruq. Bunu kino sahəsində də görürük.
Maraqlıdır vaxt keçdikcə süni intellekt hansı sahələrdə olacaq? Müsbət və mənfi tərəfləri nədən ibarətdir?
Süni intellekt hər bir şeyi əvəz etsə insanlar işsiz qala bilərmi?İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, süni intellekt (SI) son illərdə həyatımızın bir çox sahəsinə nüfuz edib və bu tendensiyanın davam edəcəyi gözlənilir:“Süni intelekt kino sahəsində, ssenari yazılmasında, istehsal proseslərində, şəkil və video emalı kimi tətbiqlərdə qarşımıza çıxır.
Bu gün film və seriallarda realistik vizual effektlərin yaradılmasında, avtomatik səs və ssenari yazılmasında da istifadə olunur.
Süni intellekt, insan zəkasının simuliyasiya edən, insan kimi davranan və insana bənzər funksiyaları təqlid etməyə çalışan sistem və texnologiyadır.
Tam oxu
Xəbəri oxu