Icma.az
close
up
RU
Süni intellekt istifadəçilərinə elə gəlir ki, yeni Amerika kəşf ediblər ARAŞDIRMA

Süni intellekt istifadəçilərinə elə gəlir ki, yeni Amerika kəşf ediblər ARAŞDIRMA

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Süni intellekt son zamanlar həm dünyada, həm də ölkəmizdə müzakirə olunmağa başlayıb. Süni intellekt; insan davranışları, rəqəmsal məntiq, hərəkət, nitq və səs qavrayışı kimi bir çox qabiliyyətə sahib bir proqram və aparat sistemidir. Süni intellektin bir çox sahəni ələ keçirdiyinin şahidi oluruq. Bunu kino sahəsində də görürük. Maraqlıdır vaxt keçdikcə süni intellekt hansı sahələrdə olacaq? Müsbət və mənfi tərəfləri nədən ibarətdir? Süni intellekt hər bir şeyi əvəz etsə insanlar işsiz qala bilərmi?


İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev “Sherg.az”a bildirib ki, süni intellekt (SI) son illərdə həyatımızın bir çox sahəsinə nüfuz edib və bu tendensiyanın davam edəcəyi gözlənilir:


“Süni intelekt kino sahəsində, ssenari yazılmasında, istehsal proseslərində, şəkil və video emalı kimi tətbiqlərdə qarşımıza çıxır. Bu gün film və seriallarda realistik vizual effektlərin yaradılmasında, avtomatik səs və ssenari yazılmasında da istifadə olunur. Süni intellekt, insan zəkasının simuliyasiya edən, insan kimi davranan və insana bənzər funksiyaları təqlid etməyə çalışan sistem və texnologiyadır. Təbii dil emalı, məntiqi təhlil, şəkil tanıma, maşın öyrənmə (ML), dərin öyrənmə (DL) kimi sahələrdən istifadə edir.


Süni intellektin müsbət tərəfləri:

Xüsusilə təkrarlanan və monoton işlərdə iş səmərəliliyini artırır. Böyük verilənlər bazasından analizlər edərək daha doğru proqnozlar və qərarlar verir. Tibb, avtomobil sənayesi, təhsil, nəqliyyat kimi sahələrdə innovativ həllər təqdim edir. Kino və musiqi sahələrində yeni üsullar və təcrübələr təqdim edir.


Süni intellektin mənfi tərəfləri:

Süni intellektdə qərarlarının necə verildiyi, şəxsi məlumatların necə qorunduğu və buna oxşar məsələlər etik narahatlıqlara yol aça bilər. Bəzi sahələrdə insanların yaradıcı və fərdi yanaşmasını əvəz edə bilər. İnsanlar həyatlarını tamamilə süni intellektə etibar etməyə başladıqda, bu asılılıq sosial və psixoloji problemlərə səbəb ola bilər.


İşsizlik məsələsi və süni intellektin insanı əvəzlənməsi barədə

Süni intellektin inkişafı ilə bir çox işin avtomatlaşdırılması mümkündür. Məsələn, sürücüsüz avtomobillər, robotlar, avtomatlaşdırılmış müştəri xidmətləri və s. Əgər bir çox sənayedə işçilər yerinə SI texnologiyaları istifadə olunarsa, bu, müəyyən sahələrdə lokal olaraq, işsizlik yaratmaq potensialına malikdir. Xüsusilə, təkrarlanan və mexaniki işlərdə çalışan insanlar bu dəyişikliklərdən təsirlənə bilər. Bununla belə, yeni texnologiyalar da yeni iş yerləri yarada bilər. Məsələn, Süni intellekt sistemlərinin inkişafı üçün daha çox proqramçı, məlumat analitikləri və mühəndislər tələb oluna bilər.  

Misal ilə izah edək: 100 il əvvəl at sürürdük, ona görə də nalbəndlər vardı. Sona maşın sürməyə başladıq. Tədricən nalbənd fəaliyyəti öz yerini maşın ustaları ilə dəyişdi. Həm də çox şaxəli maşın ustalığı yarandı. Maşın ustası olaraq, nalbəndlərdən daha çox insan üçün iş yeri oldu. Bu birdən yox, tədricən baş verdi. Heç bir nalbəndin maşın ustalarına etirazı olmadı, maşın ustalarına görə nalbəndlər də ac qalmadı. Daha çox iş yeri yarandı. Bu tədrici prosesdir və öz üzərində inkişafı üçün çalışmayan hər kəs mövqeyini itirəcəkdir. Bu məsələlər barədə kifayət qədər tədqiqatlar da mövcuddur. Bununla yanaşı, insanlar yalnız texnoloji tərəfdən deyil, həm də emosional, yaradıcı və strateji sahələrdə üstünlük təşkil etməyə davam edəcəklər. Bu səbəbdən SI-nin tamamilə hər bir şeyi əvəz etməsi mümkün olmasa da, əmək bazarındakı bəzi dəyişikliklərə səbəb olacağı qaçılmazdır”.


Ekspertin sözlərinə görə süni intellektin gələcəkdə daha da geniş sahələrdə istifadəsi gözlənilir:

“Süni intelekt tibb müalicə, səhiyyə xidmətlərinin optimallaşdırılması, erkən xəstəlik diaqnozu üçün daha geniş istifadə ediləcək. Sürücüsüz avtomobillərin daha geniş yayılması, məşhurların və personajların təqlidini edən süni intellekt modelləri ilə yeni film və musiqilərin yaradılması kimi hadisələr var və genişlənəcəyini proqnozladırmaq mümkündür. Süni intellektin həyatımıza təsiri genişlənəcək və buna uyğun olaraq həm müsbət, həm də mənfi təsirlərin tarazlaşdırılması vacib olacaq. Əsas nəzərdən qaçmaması gərəkli olan məsələ süni intellektin etik istifadəsini dünya birliyi olaraq, ortaya qoymaq və icbari hala gətirməkdir. Ümid edirəm dünya bu məsələdə gecikməyəcək”.


Azərbaycan Dövlət Film Fondunun şöbə müdiri Rəşad Qasımov isə bildirib ki,  süni intellektə “Gələcəkdə hansı sənət sahiblərini süni intellekt əvəz edə bilməyəcək?” sualını versəniz cavabı “Mədəniyyət və incəsənət sahəsində çalışan yaradıcı insanlar: rəssamlar, rejissorlar, bəstəkarlar və s.” olacaq:


“Bizdə isə süni intellektin imkanlarını öyrənən hər kəs onu ilk fürsətdə bu sahələrdə tətbiq edir və ya bu barədə düşünür. Deməli, mədəniyyət və incəsənət sahəsi ancaq onu sevən, könül verən, əmək sərf edən insanlar üçündür. Süni intellektin bizə verdiyi cavablar və göstərdiyi yol təxəyyül məhsulu deyil. Yəni insan mütaliyəsini genişləndirəndə, yaradıcılıq fəaliyyətini şaxələndirəndə onun fantaziyası formalaşır. Ola bilər ki, süni intellekt müxtəlif ideyalar və yollar göstərsin. Nəzərə almaq lazımdır ki, bunun hər biri işlənilmiş versiyalar üzərindən gedir. Hərdən süni intellekt istifadəçilərinə elə gəlir ki, yeni Amerika kəşf ediblər. Xeyr, bu elə deyil. Ona görə də insan təxəyyülünün məhsulunu heç nə əvəz edə bilməz. Süni intellekt sadəcə olaraq müəyyən bir qlobal sistemin hansısa fokuslandığı sahəyə istiqamətlənmiş”.



Kinoşünas, Əməkdar İncəsənət xadimi Ayaz Salayev söyləyib ki, canlı insan olmasa sənət əsəri yarana bilməz:


“Çünki sənət əsəri insanın keçdiyi şəxsi təcrübədən, yəni yaşadığı həyatın təcrübəsi nəticəsində yaranır. O olmayanda suni bir şey alınır. Lakin əsl sənət əsərini suni intellekt yarada bilməz. Sənət əsəri yaratmaq üçün insanın xəstəliyi, bədəni, yaşadığı və keçdiyi həyat canlanmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2024 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri