525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Süni İntellektin sürətli tətbiqi, sanki, məhsuldarlığı da eyni sürətlə artırmalıdır.
Amma statistikalarda məhsuldarlıq artımında Süni İntellektin təsiri açıq görünmür.
Hətta MIT Sloan-ın məlumatlarına görə, şirkətlərdə Süni İntellektin tətbiqinin ilk mərhələsində müvəqqəti məhsuldarlıq enişi də ola bilər.
Bu “məhsuldarlıq paradoksu” kimi tanınır. Yeni texnologiyaların məhsuldarlığa təsiri bəzən J hərfinə bənzər qrafik yaradır.
Əvvəl eniş, sonra uzunmüddətli yüksəliş. Çünki Süni İntellekt sadəcə elektrikə taxıb işlətmək deyil.
Tətbiq üçün sistemli dəyişikliklər lazımdır və bu proses gündəlik iş axınını bir müddət ləngidə bilər”.
Bunu fikri 525.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili söyləyib.