Süni intellekt minlərlə peşəni məhv edir Növbədə kimlər var? | Icma.az
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süni intellektin sürətlə inkişaf etməsi Avropada əmək bazarının yaxın 10 ildə ciddi şəkildə dəyişəcəyini göstərir.
“Yeni Sabah” xəbər verir ki, bir çox aparıcı Avropa analitik mərkəzləri – xüsusilə CEPS (Centre for European Policy Studies), OECD-in Avropa üzrə ekspert qrupları, eləcə də Danimarka, Almaniya və Niderlandın əmək bazarı institutlarının son araşdırmalarına görə, avtomatlaşdırma ən çox təkrarlanan, qaydaya əsaslanan və yüksək sürətlə icra olunan işləri hədəfə alacaq.
Ekspertlər qeyd edir ki, yeni texnologiyalar tamamilə yox olacaq peşələrdən çox, “kəskin azalan və ya funksiyası dəyişən” peşələr yaradacaq, lakin bəzi sahələrdə iş yerlərinin böyük hissəsinin sıradan çıxması qaçılmazdır.
Ekspertlərinin fikrincə, yaxın onillikdə ən çox risk altında olan peşələr əsasən ofis-rutinə əsaslanan, əl əməyinə söykənən və analitik funksiyanı sürətli hesablama modellərinə ötürə bilən sahələrdir.
Aparıcı alman iqtisadçısı Volfqanq Şnayder hesab edir ki, Avropanın əmək bazarında “əvəzolunma riski” 40%-dən yuxarı olan peşələrin əksəriyyətini süni intellekt artıq bu gün belə texniki cəhətdən yerinə yetirə bilir.
Onun sözlərinə görə, yaxın illərdə bu proses yalnız sürətlənəcək və bir çox xidmət sahəsi köklü şəkildə dəyişəcək.
İlk olaraq sıradan çıxmağa namizəd sahələr arasında mühasibat köməkçiləri, ilkin səviyyəli kargüzarlar və sənəd idarəetməsi ilə məşğul olan ofis işçiləri göstərilir.
Tam oxu
Xəbəri oxu