Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəhruz Əliyev: İnsanlar bu texnologiyanı bir “təhlükə” deyil, “köməkçi” kimi görməlidirlərAzərbaycanda səhiyyə, təhsil, kənd təsərrüfatı, idman və rəqəmsal hökumət kimi sahələrdə süni intellektin məsuliyyətli istifadəsi üzrə pilot layihələr sınaqdan keçirilir.Bunu süni intellektlə bağlı "6th AI & Data Forum"da Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı direktoru Fariz Cəfərov bildirib.Onun sözlərinə görə, Azərbaycanda qəbul edilmiş Süni İntellekt üzrə Milli Strategiya ölkənin etik, inklüziv və innovasiya yönümlü süni intellektə gedən yolunu müəyyən edir və beş əsas istiqamətə əsaslanır.“Birincisi, süni intellektin idarə edilməsi və tənzimlənməsidir: onun istifadəsi üçün normativ bazanın, etik standartların və qaydaların yaradılması.
İkincisi, istedad və təhsil: gəncləri süni intellektlə idarə olunan gələcək əmək bazarına hazırlamaq və bütün Azərbaycan vətəndaşlarını AI-nin gətirəcəyi dəyişikliklərə uyğunlaşdırmaq.
Üçüncüsü, infrastruktur və məlumat ekosistemidir. Superkompüterlər, məlumat mərkəzləri, məlumatların saxlanması və yüksəksürətli internet ol
Nəhayət, beşinci - beynəlxalq əməkdaşlıq. Süni intellekt sahəsində qlobal inkişaflardan təcrid olunmaq müsbət nəticələrə gətirib çıxarmayaca
Buna görə də qlobal tərəfdaşlarla əlaqə qurmaq və süni intellekt üçün məsuliyyətli gələcəyin formalaşdırılmasında iştirak etmək vacibdir”, -
Süni intellektin effektiv işləməsi üçün güclü internet şəbəkəsi, bulud texnologiyaları və hesablama gücünə malik serverlər lazımdır.
Azərbaycanın son illərdə texnologiya sahəsinə yatırımlar etməsi bu baxımdan müsbət göstəricidir.