Süni İntellektdə fen şuy | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat verir. Buna əmin olmaq üçün deepseek.com saytına keçməklə və ya Sİ-ni telefonda qurmaqla həmin
Beləliklə, Süni İntellekt yarışında Çin irəliyə böyük bir addım atdı. Həm də bunu ABŞ-nin çip ixracına qoyduğu qadağaya rəğmən bacardı.
Bəlkə də “rəğmən” yox, sayəsində: ABŞ-nin sanksiyaları Çin şirkətlərini yeni, daha yaradıcı və effektiv yollar axtarmağa məcbur edir.
Amerikanın “NVİDİA”sı varsa, müsəlmanların da Allahı... pardon, Çinin də fen-şuyu var!
“DeepSeek” Qərb şikətləri kimi “daha çox pul, daha böyük hesablama gücü” yolu ilə deyil, proqram və alqoritmlərin optimallaşdırılması, effektivliyini artırmaq yolu ilə gedərək, rəqabətdə uğur qazandı.
Onun Sİ modelinin öyrənmə və özünütəkmilləşdirmə bacarığı testlərdə “Open Aİ”-in uyğun modellərindən daha yaxşı nəticə göstərir.
Maraqlıdır ki, hətta Amerikanın “Science” jurnalı belə, rəqib olmasına baxmayaraq, məqalələrində “DeepSeek”ə heyranlığını gizlətməyərək, onu təntənəli epitetlərlə gen-bol təltif edir.
“DeepSeek” startapının qurucusu Lyan Venfen həm də Hançjoudakı “High-Flyer” hedc-fondunun rəhbəridir.
Tam oxu
Xəbəri oxu