Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Süni İntellektdə fen şuy

Süni İntellektdə fen şuy

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Buna əmin olmaq üçün deepseek.com saytına keçməklə və ya Sİ-ni telefonda qurmaqla həmin modeldən ödənişsiz və məhdudiyyətsiz şəkildə istifadə etmək mümkündür.
Beləliklə, Süni İntellekt yarışında Çin irəliyə böyük bir addım atdı. Həm də bunu ABŞ-nin çip ixracına qoyduğu qadağaya rəğmən bacardı. Bəlkə də “rəğmən” yox, sayəsində: ABŞ-nin sanksiyaları Çin şirkətlərini yeni, daha yaradıcı və effektiv yollar axtarmağa məcbur edir. Amerikanın “NVİDİA”sı varsa, müsəlmanların da Allahı... pardon, Çinin də fen-şuyu var!
“DeepSeek” Qərb şikətləri kimi “daha çox pul, daha böyük hesablama gücü” yolu ilə deyil, proqram və alqoritmlərin optimallaşdırılması, effektivliyini artırmaq yolu ilə gedərək, rəqabətdə uğur qazandı. Onun Sİ modelinin öyrənmə və özünütəkmilləşdirmə bacarığı testlərdə “Open Aİ”-in uyğun modellərindən daha yaxşı nəticə göstərir. Maraqlıdır ki, hətta Amerikanın “Science” jurnalı belə, rəqib olmasına baxmayaraq, məqalələrində “DeepSeek”ə heyranlığını gizlətməyərək, onu təntənəli epitetlərlə gen-bol təltif edir.

“DeepSeek” startapının qurucusu Lyan Venfen həm də Hançjoudakı “High-Flyer” hedc-fondunun rəhbəridir. O, broker fəaliyyətindən qazandığı pulları yüksək texnologiyaya yatırıb. Layihənin üzərində işləmək üçün Çinin aparıcı universitetlərində çalışan gənc, savadlı, iddialı mütəxəssisləri bir yerə toplayıb. Onların cəsarətli, qeyri-standart ideyalar irəli sürməsinə imkan yaradıb. Nəticə ortadadır: bu yanaşma süni intellekt modellərinin daha az hesablama gücü ilə işləməsinə imkan verən “Multi-head Latent Attention” (MLA) və “Mixture-of-Experts” kimi inqilabi texnologiyaların yaranmasına səbəb olub.
“DeepSeek” şirkəti öz Sİ modelini 5,6 milyon dollara ərsəyə gətirib. Halbuki, “OpenAİ” şirkəti Chat GPT-ni yaratmağa 1,2 milyard dollar sərf edib və saxlanmasına hər ay 700.000 dollar xərcləyir.
Ən vacibi və maraqlısı odur ki, “DeepSeek” öz modelinin ana (mənbə) kodundan açıq istifadə imkanları təqdim etməklə qlobal inkişafa böyük dəstək verir. Faktik olaraq, açıq kodlu Süni İntellekt ekosistemi yaranır. Bununla da Süni İntellekt sferasında oyun qaydaları dəyişir və yeni mərhələ başlayır.
Çin şirkəti həm də Sİ modellərinin kodunu qapalı saxlayan “Open Aİ”, “Meta” və onlar kimi digər Amerika şirkətlərinin bazarını bağlayır. “Bu, Süni İntellektə yanaşmada tamam başqa fəlsəfədir”,- Qərb jurnalistləri yazırlar.

İndi əsas sual budur: “Open Aİ” və yeni hakimiyyəti Sİ infrastrukturuna 500 milyard dollar sərmayə qoyacağını bəyan edən ABŞ-nin digər yüksək texnologiya şirkətləri hansı cavabı hazırlayacaqlar? O cavabların qabağında Çinin şirkətləri əldə etdikləri liderliyi qoruyub saxlaya biləcəklərmi?
Biz suala müsbət cavab verməyə meyilliyik, çünki Çin şirkətləri “mavi okean taktikası” deyilən yolla gedirlər: mövcud bazarda rəqabət aparmır, özləri yeni bazar yaradırlar. Bu, ciddi strategiyadır, “TikTok”u bloklamaq deyil.
Vüsal Məmmədov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Yanvar 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see732

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see696

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see695

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see508

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see342

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri