Süni intellektin insan ömrünü 1400 ilə qədər uzada biləcəyi iddia edilir

24.11.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


Oksford Universitetinin keçmiş professoru Nik Bostrom süni intellektin insanlara 1200-1400 il yaşamağa kömək edə biləcəyini iddia edir.
Yeniavaz.com
“Focus” nəşrinə istinadla xəbər verir ki, o, təhlükəsiz süni intellektin biotibb sahəsində böyük elmi irəliləyişlərə səbəb ola biləcəyini ehtimal edir.
Tədqiqatçının fikrincə, süni intellekt qocalma prosesini dayandırmaq və insan orqanizminin gəncliyə xas fiziki vəziyyətini ömür boyu qorumaq imkanına malik ola bilər.
“Bir çox insan, yəqin ki, əbədi yaşamaq, yaxud ən azı 100, hətta bir neçə yüz il ömür sürmək arzusundadır. Nik Bostrom isə süni intellektin bu arzunun reallaşmasına kömək edə biləcəyini düşünür. Bostrom insan imkanlarının təkmilləşdirilməsi və müasir texnologiyalar sahəsində araşdırmalar aparır.
Oksford Universitetinin keçmiş professoru bildirib ki, gələcəkdə insanlar 1000 ildən çox yaşaya biləcəklər. Onun sözlərinə görə, süni intellekt biotibb və qocalma proseslərinin öyrənilməsi sahələrində inqilabi irəliləyişlərə imkan yaradaraq insan ömrünü köklü şəkildə uzada bilər”, - nəşr yazır.
Alimin qiymətləndirməsinə görə, qocalmayan insanlar 1200-1400 il yaşaya bilərlər. Üstəlik, Bostrom bunun insan orqanizminin potensial imkanlarının yalnız aşağı həddi olduğunu iddia edir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью