Süni intellektin insan ömrünü 1400 ilə qədər uzada biləcəyi iddia edilir
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Oksford Universitetinin keçmiş professoru Nik Bostrom süni intellektin insanlara 1200-1400 il yaşamağa kömək edə biləcəyini iddia edir.
Yeniavaz.com “Focus” nəşrinə istinadla xəbər verir ki, o, təhlükəsiz süni intellektin biotibb sahəsində böyük elmi irəliləyişlərə səbəb ola biləcəyini ehtimal edir.
Tədqiqatçının fikrincə, süni intellekt qocalma prosesini dayandırmaq və insan orqanizminin gəncliyə xas fiziki vəziyyətini ömür boyu qorumaq imkanına malik ola bilər.
“Bir çox insan, yəqin ki, əbədi yaşamaq, yaxud ən azı 100, hətta bir neçə yüz il ömür sürmək arzusundadır. Nik Bostrom isə süni intellektin bu arzunun reallaşmasına kömək edə biləcəyini düşünür. Bostrom insan imkanlarının təkmilləşdirilməsi və müasir texnologiyalar sahəsində araşdırmalar aparır.
Oksford Universitetinin keçmiş professoru bildirib ki, gələcəkdə insanlar 1000 ildən çox yaşaya biləcəklər. Onun sözlərinə görə, süni intellekt biotibb və qocalma proseslərinin öyrənilməsi sahələrində inqilabi irəliləyişlərə imkan yaradaraq insan ömrünü köklü şəkildə uzada bilər”, - nəşr yazır.
Alimin qiymətləndirməsinə görə, qocalmayan insanlar 1200-1400 il yaşaya bilərlər. Üstəlik, Bostrom bunun insan orqanizminin potensial imkanlarının yalnız aşağı həddi olduğunu iddia edir.
Bu mövzuda digər xəbərlər:İnsan ömrünü 150 ilə qədər uzada bilən həb yaradıldı
21 Noyabr 2025 12:27
Çinli alimlər insan ömrünü 150 ilə qədər uzada biləcək
14 Noyabr 2025 12:27
Süni intellekt insan ömrünü proqnozlaşdırmağı öyrənib
29 Dekabr 2024 11:21
Bağırsaq bakteriyaları insan ömrünü uzada bilər
21 Noyabr 2025 18:02
İnsan ömrünü 200 ilə qədər uzatmaq mümkündür
02 Fevral 2026 14:48
Baxış sayı:46
Bu xəbər 24 Noyabr 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















