Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hindistanda baş verən “deepfake” qalmaqalı süni intellekt texnologiyalarının sui-istifadəsi və rəqəmsal məxfiliyin pozulması ilə bağlı ciddi narahatlıqlar yaradıb.
Sfera.az xəbər verir ki, “BBC”nin məlumatına görə, Assam ştatının Dibruqark şəhərində yaşayan evdar qadın Sançinin fotoları süni intellekt vasitəsilə manipulyasiya edilərək saxta “Instagram” fenomeni yaradılıb.
“Babydoll Archi” adlı hesabda yayımlanan erotik görüntülər qısa zamanda 1,4 milyon izləyici toplayıb və sosial şəbəkələrdə geniş yayılıb.
Araşdırma nəticəsində məlum olub ki, hesabı Sançinin keçmiş sevgilisi Pratim Bora yaradıb.
Mühəndislik təhsilli Bora, “ChatGPT” və “Dzine” kimi süni intellekt alətlərindən istifadə edərək Sançinin şəxsi fotoları əsasında saxta vizual məzmunlar hazırlayıb.
Onun bu addımı intiqam məqsədilə atdığı bildirilir. Sözügedən hesab vasitəsilə yalnız Linktree platforması üzərindən təxminən 1 milyon rupi
Təkcə son günlərdə isə hesabın 300 min rupi qazandığı müəyyən olunub.