Icma.az
close
up
RU
Süni intellektlə qisas: Hindistanda Deepfake faciəsi yaşanıb

Süni intellektlə qisas: Hindistanda Deepfake faciəsi yaşanıb

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hindistanda baş verən “deepfake” qalmaqalı süni intellekt texnologiyalarının sui-istifadəsi və rəqəmsal məxfiliyin pozulması ilə bağlı ciddi narahatlıqlar yaradıb.

Sfera.az xəbər verir ki, “BBC”nin məlumatına görə, Assam ştatının Dibruqark şəhərində yaşayan evdar qadın Sançinin fotoları süni intellekt vasitəsilə manipulyasiya edilərək saxta “Instagram” fenomeni yaradılıb.

“Babydoll Archi” adlı hesabda yayımlanan erotik görüntülər qısa zamanda 1,4 milyon izləyici toplayıb və sosial şəbəkələrdə geniş yayılıb.


Araşdırma nəticəsində məlum olub ki, hesabı Sançinin keçmiş sevgilisi Pratim Bora yaradıb. Mühəndislik təhsilli Bora, “ChatGPT” və “Dzine” kimi süni intellekt alətlərindən istifadə edərək Sançinin şəxsi fotoları əsasında saxta vizual məzmunlar hazırlayıb. Onun bu addımı intiqam məqsədilə atdığı bildirilir.


Sözügedən hesab vasitəsilə yalnız Linktree platforması üzərindən təxminən 1 milyon rupi (təqribən 12 min ABŞ dolları) gəlir əldə edilib. Təkcə son günlərdə isə hesabın 300 min rupi qazandığı müəyyən olunub.


Sançinin ailəsinin polisə müraciətindən sonra məsələ ictimailəşib və Bora saxlanılıb. O, cinsi təcavüz, kiber fırıldaqçılıq və nüfuzu zədələmə kimi ittihamlarla üzləşib. Əgər günahı sübuta yetirilərsə, onu 10 ilədək həbs cəzası gözləyir.


Hadisədən dərin psixoloji sarsıntı keçirən Sançi və ailəsi hazırda psixoloji dəstək alır. Hüquqşünaslar və texnologiya mütəxəssisləri bu hadisəni süni intellektin sui-istifadəsi və qadınlara qarşı rəqəmsal zorakılığın təhlükəli nümunəsi kimi qiymətləndirir.


Ekspertlər “deepfake” texnologiyasının getdikcə daha asan əldə olunması fonunda oxşar halların artacağı barədə xəbərdarlıq edirlər.


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 İyul 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri