Superliqanın iki klubunda yeni təyinatlar baş tutdu | Icma.az
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. Türkiyənin iki klubu yeni baş məşqçisinə qovuşub.
Öncə qeyd edək ki, “Antalyaspor”da Aleks de Souza dönəmi başa çatıb.
Komanda son turda səfərdə “Trabzonspor”dan 5 cavabsız qol buraxaraq ağır məğlubiyyətə düçar olmuşdu.Rəhbərlik braziliyalı məşqçi ilə görüşərək ondan izahat tələb etdi.
Aleks bu heyətlə bundan artığına nail ola bilməyəcəyini vurğulayaraq ən azı 5-6 yeni transfer tələb etdi.
Amma “Antalyaspor”un maddi cəhətdən çox çətin dönəmdə olması azmış kimi, komandaya həm də transfer cəzası verilib.
Hətta Aleks özü də oktyabrdan bəri maaş almırdı. Klub rəhbərliyi daha sonra kapitanların da fikrini öyrənəndən sonra 47 yaşlı məşqçinin işin
Hələ “Fənərbaxça”da oynadığı dönəmdən alicənablığı ilə diqqəti çəkən Aleks bu dəfə də önəmli jest etdi.
O, klubdan heç bir təzminat tələb etmədi. Halbuki Aleksin müqavilə müddəti 2026-nın yayına qədər nəzərdə tutulmuşdu.
Tam oxu
Xəbəri oxu