Icma.az
close
up
RU
Superliqanın iki klubunda yeni təyinatlar baş tutdu

Superliqanın iki klubunda yeni təyinatlar baş tutdu

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyənin iki klubu yeni baş məşqçisinə qovuşub. Öncə qeyd edək ki, “Antalyaspor”da Aleks de Souza dönəmi başa çatıb. Komanda son turda səfərdə “Trabzonspor”dan 5 cavabsız qol buraxaraq ağır məğlubiyyətə düçar olmuşdu.

Rəhbərlik braziliyalı məşqçi ilə görüşərək ondan izahat tələb etdi. Aleks bu heyətlə bundan artığına nail ola bilməyəcəyini vurğulayaraq ən azı 5-6 yeni transfer tələb etdi. Amma “Antalyaspor”un maddi cəhətdən çox çətin dönəmdə olması azmış kimi, komandaya həm də transfer cəzası verilib. Hətta Aleks özü də oktyabrdan bəri maaş almırdı. Klub rəhbərliyi daha sonra kapitanların da fikrini öyrənəndən sonra 47 yaşlı məşqçinin işinə son verildi. Hələ “Fənərbaxça”da oynadığı dönəmdən alicənablığı ilə diqqəti çəkən Aleks bu dəfə də önəmli jest etdi. O, klubdan heç bir təzminat tələb etmədi. Halbuki Aleksin müqavilə müddəti 2026-nın yayına qədər nəzərdə tutulmuşdu.
İllik qazancı 600 min avroya yaxın olan mütəxəssis, sadəcə, yanvara qədər olan pulunu tələb edərək Türkiyədən ayrıldı. “Antalyaspor”un 18 oyuna topladığı 21 xalla 13-cü pillədə qərarlaşdığını bildirək. Rəhbərliyin məşqçi axtarışı uzun çəkməyib. Aleks istefaya göndəriləndən cəmi bir gün sonra Əmrə Belözoğlu ilə ilyarımlıq anlaşma əldə olundu. Daha öncə “Fənərbaxça”, “İstanbul BŞ” və sonuncu dəfə “Ankaragücü”nü çalışdırmış 44 yaşlı Əmrənin məşqçi karyerası hələ ki istənilən səviyyədə alınmır. Hətta ötən mövsüm o, paytaxt təmsilçisini elitada saxlaya bilmədi. Göründüyü kimi, Belözoğlunun əlinə özünü məşqçi kimi sübut edə bilmək üçün daha bir fürsət düşüb.
Digər təyinat isə “Hatayspor”da reallaşıb. Çox zəif mövsüm keçirən Hatay təmsilçisi hələ dekabrın sonlarında Rza Çalımbayla yollarını ayırmışdı. Son iki qarşılaşmada komanda meydana idman direktoru Yılmaz Balın rəhbərliyi altında çıxmışdı. Son 6 rəsmi oyunun 5-də məğlub olan və superliqada sondan əvvəlki pillədə qərarlaşan “Hatayspor”u böhrandan çıxarmaq vəzifəsi Murat Şahinə tapşırılıb. 48 yaşlı mütəxəssislə ilyarımlıq müqavilə imzalanıb. Bu seçim bir qədər qəribə görünür. Çünki Şahinin müstəqil məşqçi kimi təcrübəsi yoxdu.
O indiyə qədər əsasən Sərgən Yalçının köməkçisi kimi çalışıb. 2020/21-də məhz bu vəzifədə “Beşiktaş”ın çempionluğunda rol oynayıb. Şahinin debütü dünən “Qalatasaray”la oyuna təsadüf etdi. Onu da bildirək ki, “Hatayspor”un da “Antalyaspor” kimi transfer cəzası var. Bu klub Renat Dadaşova olan borcu üzündən FİFA tərəfindən cəzalanıb.
Hazırda “Ankaragücü”də çıxış edən yığmamızın üzvü ötən mövsüm “Hatayspor”da icarə əsasında forma geyirdi. Ümumilikdə Türkiyə superliqasında çıxış edən 6 klub üçün hazırda transfer qadağası mövcuddu!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Yanvar 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri