Suraxanı rayonu üzrə əhalinin su təchizatı 98 % təşkil edir ADSEA | Icma.az
Icma.az, Redaktor.az saytına istinadən bildirir. Bakının Suraxanı rayonu üzrə əhalinin su təchizatı 98 % təşkil edir.
Redaktor.az xəbər verir ki, bu barədəd Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, Suraxanı rayon Sukanal İdarəsinin xidməti ərazisinə 5 mənbədən su daxil olur.
Bunlar 41 Şərq su anbarı, 82 Şərq su anbarı, Qaraçuxur su anbarı, Ceyranbatan-Qala-Pirallahı su kəməri və Maştağa su xəttidir.
Rayon ərazisində 15 ədəd müxtəlif diametrli giriş və çıxış xətləri mövcuddur.
Abonentlərin 48 %-i, yəni 145 282 nəfərdən çox sakin sutka ərzində fasiləsiz su ilə, 58 % əhali isə ən azı 6 saat olmaqla gündəlik qrafikli rejimlə su ilə təmin edilir.
Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi Nəriman İsmayılov bildirib ki, ərazidə 496 kilometr məhəllədaxili içməli su xətləri və 116 kilometr magistral su kəmərləri mövcuddur.
Həmçinin o qeyd ki, rayon sukanal idarəsi ərazisində 22 nasos stansiyası, 23 su anbarı fəaliyyət göstərir.
Tam oxu
Xəbəri oxu