Icma.az
close
up
RU
Suraxanı rayonu üzrə əhalinin su təchizatı 98 % təşkil edir ADSEA

Suraxanı rayonu üzrə əhalinin su təchizatı 98 % təşkil edir ADSEA

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bakının Suraxanı rayonu üzrə əhalinin su təchizatı 98 % təşkil edir.

Redaktor.az xəbər verir ki, bu barədəd Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayon Sukanal İdarəsinin xidməti ərazisinə 5 mənbədən su daxil olur. Bunlar 41 Şərq su anbarı, 82 Şərq su anbarı, Qaraçuxur su anbarı, Ceyranbatan-Qala-Pirallahı su kəməri və Maştağa su xəttidir. Rayon ərazisində 15 ədəd müxtəlif diametrli giriş və çıxış xətləri mövcuddur.

Abonentlərin 48 %-i, yəni 145 282 nəfərdən çox sakin sutka ərzində fasiləsiz su ilə, 58 % əhali isə ən azı 6 saat olmaqla gündəlik qrafikli rejimlə su ilə təmin edilir.

Suraxanı rayon Sukanal İdarəsinin baş mühəndisi Nəriman İsmayılov bildirib ki, ərazidə 496 kilometr məhəllədaxili içməli su xətləri və 116 kilometr magistral su kəmərləri mövcuddur. Həmçinin o qeyd ki, rayon sukanal idarəsi ərazisində 22 nasos stansiyası, 23 su anbarı fəaliyyət göstərir. Həmin nasos stansiyalarından biri də Yeni Günəşli qəsəbəsi V massivində yerləşir və 5 500 abonenti 24 saat fasiləsiz su ilə təmin edir.

Ümumilikdə ötən il ərzində su şəbəkəsi üzrə 3103, kanalizasiya şəbəkəsi üzrə isə 6428 qəza aradan qaldırılıb, 3,7 kilometr yeni su xətti və 1,2 km yeni kanalizasiya xətti çəkilib.

Kanalizasiya şəbəkəsi üzrə 17 km-dən artıq xətt xüsusi təyinatlı maşınla yuyularaq təmizlənib, 1458 abonent sayğacla təmin edilib ki, bununla da sayğaclı abonentlərin sayı 84 214-ə çatıb.

Bundan başqa ötən il ərzində 45 ədəd çoxmərtəbəli yaşayış binasının zirzəmisində 800 metrə yaxın kanalizasiya xətləri dəyişdirilərək əsaslı təmir olunub.

Qeyd edək ki, Suraxanı Rayon Sukanal İdarəsi rayon üzrə 300 min nəfərdən artıq əhali olmaqla 662 km-ə yaxın su və 276 km uzunluğunda kanalizasiya şəbəkəsinə xidmət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri