Suraxanıda kitab təqdimatı keçirildi Fotolar | Icma.az
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dekabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, katibi Ağaəli İbrahimov, rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin və canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, “Vətən müharibəsi tarixi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ərsəyə gəlməsi ilə bağlı videoçarx nümayiş olunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova bildirib ki, Şanlı Qələbəmizə həsr olunmuş “Vətən müharibəsi tarixi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatının məhz bu günə təsadüf etməsi də çox əlamətdar hadisədir.
Tam oxu
Xəbəri oxu