Icma.az
close
up
RU
Suraxanıda kitab təqdimatı keçirildi Fotolar

Suraxanıda kitab təqdimatı keçirildi Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 24-də Suraxanı Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirilən mühüm tarixi hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva, Qaya Məmmədov, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, katibi Ağaəli İbrahimov, rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin və canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib, “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ərsəyə gəlməsi ilə bağlı videoçarx nümayiş olunub.

Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova bildirib ki, Şanlı Qələbəmizə həsr olunmuş “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı kitabın təqdimatının məhz bu günə təsadüf etməsi də çox əlamətdar hadisədir. Tarixi qələbəmizin memarı, qalib ölkənin lideri, müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə qəhrəmanlıq ruhunda yazılmış kitabın təqdimatı insanda böyük fəxarət hissi oyadır.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında sözügedən kitabın zəfərimizin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. E.İmanov bildirib ki, güclü liderlik, dərin intellektual biliyə sahib olmaq, uzaqgörənlik, vətənpərvərlik və prinsipiallıq kimi keyfiyyətlərə malik olan Ali baş komandan cənab İlham Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Milli Məclisin deputatları Afət Həsənova, Sevinc Fətəliyeva və Qaya Məmmədov müstəqillik tariximizin ən böyük nailiyyəti olan böyük zəfəri xalqımıza yaşadan Prezident cənab İlham Əliyevin işğal altında olan torpaqlarımızı geri qaytarmaqla xalqımızın milli mənliyini, mənəvi ruhunu yüksəltdiyini çıxışlarında vurğulayıblar. Əminliklə bildirilib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox uğurların sevincini yaşayacaq, yeni-yeni möhtəşəm qələbələrin şahidi olacağıq.

Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit, kapitan Yusif Hümmətovun, Suraxanı rayon gənci, BDU-nin Hüquq fakültəsinin 1-ci kurs tələbəsi Aytac Məmmədovanın çıxışından sonra Respublikanın xalq artisti Teyyub Aslanın, əməkdar artist Ağalar Bayramovun, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” rəqs kollektivinin, Gülarə Əliyeva adına Uşaq İncəsənət məktəbinin müəllimi Ərəstun Quliyevin müşayiəti ilə məktəbin nəfəsli və xor ansamblının təqdimatında bədii hissə nümayiş olunub.










Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri