Suriya cəhənnəmindən çıxış: yeni hakimiyyət çevik qərar verməsə... | Icma.az
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Toqquşmanın səbəbləri: Yaxın Şərqdə qanın qurumasını istəməyən qüvvələr var Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hums əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş Prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verir.
Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.
Məlumatlara görə martın 6-da başlayan toqquşmalar nəticəsində 745 nəfər həlak olub.
Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.
Bu toqquşmalar Suriyada Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.
Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın “Hizbullah” hərəkatını ittiham edib.
Xarici medianın məlumatına görə, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında “Hizbullah”ın dayandığını bəyan edib.
Tam oxu
Xəbəri oxu