Icma.az
close
up
RU
Suriya cəhənnəmindən çıxış: yeni hakimiyyət çevik qərar verməsə...

Suriya cəhənnəmindən çıxış: yeni hakimiyyət çevik qərar verməsə...

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Toqquşmanın səbəbləri: Yaxın Şərqdə qanın qurumasını istəməyən qüvvələr var

Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hums əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş Prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verir. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb. Məlumatlara görə martın 6-da başlayan toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.

Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın “Hizbullah” hərəkatını ittiham edib. Xarici medianın məlumatına görə, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında “Hizbullah”ın dayandığını bəyan edib. Onun sözlərinə görə, “Hizbullah” və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda, Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.

Suriya hökuməti asayişi bərpa etməkdə getdikcə daha çox çətinlik çəkir. Ölkənin şimal-qərbində və cənubda druz rayonlarında silahlı toqquşmalar artır. Hökumət qüvvələri ərazidə əməliyyat-axtarış tədbirlərinə start verib. Son günlərdə demək olar ki, silahlı hücumlar dayanmayıb.

Cənubda druz rayonlarında da toqquşmalar baş verir. Ötən gün Dəməşq ətrafında druzların yaşadığı Ceramana rayonunu girişində postda silahlılar Müdafiə Nazirliyinin iki əməkdaşını şəhərə buraxmayıb. Baş verən atışmada 1 hökumət məmuru öldürülüb, digəri isə yaralanıb. Əraziyə Suriya Müdafiə Nazirliyinin əlavə qüvvələri göndərilib.

Xarici KİV-in məlumatına görə, druz icması günahkarların cəzalanması üçün Dəməşqlə əməkdaşlıq edəcəyini bəyan edib. Lakin eyni zamanda, əraziyə hərbi qüvvələrin göndərilməsi gərginliyin daha da artmasına səbəb olub.

İsrail Baş nazir Benyamin Netanyahu deyib ki, onlar Suriya hakimiyyətinin druz icmasına qarşı zorakılığına sakit qalmayacaqlar. Məlumdur ki, İsrailin əsas hədəfi 700 mindən bir qədər çox druz icmasının Suriyada muxtariyyət əldə etməsi və bununla da faktiki olaraq Dəməşqlə İsrail arasında bufer zona yaranmasıdır. 

Yeri gəlmişkən, Netanyahu kürdləri də dəstəkləyib. Ekspertlər hesab edirlər ki, İsrail üçün ümdə məsələ Suriyada qeyri-sabitliyin davam etməsi, nəticədə İsrailin Suriyada işğal etdiyi ərazilər əlində qalmasıdır. Analitiklər qeyd edirlər ki, burada Suriyanın yeni hakimiyyətinin də günahları var. Əhməd Şaara hakimiyyətinin radikal qərarları, digər etnik və dini qrupları nəzərə almaması, yaxud da daha çox özünə yaxın qruplarla işləməsi milli birlik üçün ciddi maneə olaraq alır. Suriyada birlik üçün daha bir maneə isə silahlı qüvvələrdə təmsil olunan radikal islamçı ideologiyaya mənsub şəxslərin etnik və dini azlıqlarla tez-tez münaqişəyə girməsi göstərilir.

Politoloqlar hesab edirlər ki, indi Suriyanın yeni hakimiyyəti ölkədə birlik və bütünlük yaratmaq üçün bütün etnik və dini-məzhəbi qruplara qucaq açmalı, milli barışıq istiqamətində əməli işlər görməlidir ki, hazırkı həssas mərhələni rahat şəkildə keçə bilsin. Əks təqdirdə mərkəzdən qaçma meyilləri daha da artacaq və daxildə birlik yaratmaq mümkün olmayacaq.

Baş verənlərə beynəlxalq reaksiyalara gəlincə, Türkiyəni hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik bildirib ki, Latakiya bölgəsində baş verənlər sabiq Prezident Bəşər Əsədin tərəfdarlarının ölkədə sabitliyi pozmaq cəhdidir. Çelik Ankaranın baş verənləri Suriyanın birliyinə yönələn terror aktı kimi dəyərləndirdiyini vurğulayıb, bunun dini-etnik qarşıdurma, hansısa dini-etnik qrup tərəfindən törədilməsi kimi təqdim edilməsini yolverilməz sayıb: “Hər hansı dini-etnik qrup terrorizmlə assosiasiya olunmamalıdır. Terrorçu terrorçudur, onun hər hansı mənsubiyyəti, dini yoxdur”.

ABŞ dövlət katibi Marko Rubio isə Suriya hakimiyyətini azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etməyə çağırıb, onları “radikal islamçı terrorçular” və “əcnəbi cihadçılar” adlandırıb. Vaşinqton hesab edir ki, son günlər Suriyanın qərbində azlıqların nümayəndələri kütləvi şəkildə məhz onlar tərəfindən öldürülüb.

Ekspertlər qeyd edirlər ki, yeni hakimiyyət mütərəqqi və sakitləşdirici addımlar atmasa, çevik qərarlar qəbul etməsə, o zaman Suriyada toqquşmaların sayı daha da arta, bu isə ölkədə uzun illərdir davam edən qeyri-sabitliyin bundan sonrakı inkişafına zəmin yarada bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://ayna.az
archiveBu xəbər 10 Mart 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri