Suriya hakimiyyəti bəzi ölkələrlə müdafiə sazişləri bağlamaq niyyətindədir | Icma.az
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Suriyanın yeni hakimiyyət orqanları bir sıra dövlətlərlə birgə müdafiə sazişləri bağlamağa çalışır.
Bizimyol.info xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn müxalifət lideri Əhməd əl-Şaraa məlumat verib.
“Biz bir sıra dövlətlərlə birgə müdafiə sazişləri bağlamağa və strateji hərbi əlaqələr qurmağa çalışırıq”, - deyə Qətərin "Al Araby" telekanalı onun sözlərindən sitat gətirib.
Əl-Şaraa hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib. “Biz İrandan səfirliyinin təhlükəsizliyini təmin etməyi xahiş edən mesajlar almışıq”
Onun sözlərinə görə, Tehranın ərəb ölkələrinə təsiri “Dəməşqi tərk etdikdən sonra xeyli zəifləyib”.
Noyabrın sonunda müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib.
Dekabrın 7-də axşam onlar Hələb, Həma, Dəra və Homsu ələ keçirdilər, dekabrın 8-də isə Suriya hökumət qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş Dəməşqə daxil oldular.
Tam oxu
Xəbəri oxu