Suriya hakimiyyəti bəzi ölkələrlə müdafiə sazişləri bağlamaq niyyətindədir
Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn müxalifət lideri Əhməd əl-Şaraa məlumat verib.
“Biz bir sıra dövlətlərlə birgə müdafiə sazişləri bağlamağa və strateji hərbi əlaqələr qurmağa çalışırıq”, - deyə Qətərin "Al Araby" telekanalı onun sözlərindən sitat gətirib. Əl-Şaraa hansı ölkələrdən danışdığını dəqiqləşdirməyib.
“Biz İrandan səfirliyinin təhlükəsizliyini təmin etməyi xahiş edən mesajlar almışıq”, - deyə əl-Şaraa bildirib. Onun sözlərinə görə, Tehranın ərəb ölkələrinə təsiri “Dəməşqi tərk etdikdən sonra xeyli zəifləyib”.
Noyabrın sonunda müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam onlar Hələb, Həma, Dəra və Homsu ələ keçirdilər, dekabrın 8-də isə Suriya hökumət qüvvələrinin bölmələri tərəfindən tərk edilmiş Dəməşqə daxil oldular.
Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkədən qaçıb.
Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib əyalətində müxalifətin yaratdığı müvəqqəti Qurtuluş Hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 14 Dekabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















